bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşır

737 oxunma | Tarix: | 3 ay öncə
Hazırda bazarlarda 1 kiloqram pomidorun qiyməti 1.20 – 1.60 manat arasında dəyişir. Bu, ötən illə müqayisədə 30-40 faiz bahadır. Yerli məhsulların xeyli hissəsi bazara çıxarılsa da, bu, qiymətlərin enməsinə təsir etməyib. Xaçmazda əkilən pomidorun bazara çıxarılmasına da xeyli vaxt var.

Xüsusən hava şəraitinin əlverişli keçməməsi Xaçmaz pomidorunun bazara vaxtında çıxarılmasına təsir edib. Mütəxəssislər yerli məhsulun bazara çıxmasının da qiymətlərə təsir etməyəcəyini deyirlər. Çünki sahələrdə xəstəliklərin olması və həşəratların məhsula ziyan vurması məhsuldarlığı xeyli aşağı salıb.

XƏBƏRLƏR:  Azərbaycanda ən yüksək maaş verən sahələr açıqlandı - Siyahı

Təsərrüfatçılar isə bir ay əvvəl Azərbaycana kütləvi axın edən kəpənəklərin pomidor sahələrinə ciddi zərər vurduğunu düşünürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir