Azay Quliyev seçki müşahidə missiyasına rəhbərlik edəcək
Azay Quliyev seçki müşahidə missiyasına rəhbərlik edəcək
12 Oktyabr 2016 / 10:32 / Baxış sayı: 1292
Font1 Font2 Font3 Font4
Bizimxeber
ATƏT PA-nın Monteneqroda keçiriləcək seçkilər üzrə müşahidə missiyasının rəhbəri A.Quliyev səfər çərçivəsində Monteneqronun dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə tanış olacaq. 
Oktyabrın 16-da deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək. Ertəsi gün A.Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcək.
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev oktyabrın 12-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək.  Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə