AZAL-a xəbərdarlıq olundu – Tablo işləmədiyi üçün
AZAL-a xəbərdarlıq olundu – Tablo işləmədiyi üçün
27 Sentyabr 2016 / 15:01 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo.Az iclasda qəbul edilən qərarlardan önəmlilərini təqdim edir.

FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” PİK klubu haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirib. Belə ki, “İnter” PİK klubu ilə həmin klubda çıxış etmiş futbolçu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulması  göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilir:

1. Azərbaycan Topaz Premyer Liqasında çıxış edən “İnter” PİK-in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulsun.

Topaz Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur (maddə 50).

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62).

Topaz Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcəkdir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə