“Azadlıq”ın jurnalisti istintaqa çağırıldı
“Azadlıq”ın jurnalisti istintaqa çağırıldı
06 Sentyabr 2016 / 18:54 / Baxış sayı: 670
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi çağırılıb. Bu barədə məlumatı Qaynarinfo.Az-a Vidadi Məmmədov verib. Jurnalist bildirib ki, prokurorluqdan zəng edərək onu sabah saat 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət ediblər.

Jurnalist deyir ki, ona hansı səbəbdən idarəyə çağırdığı deyilməyib: “Tam bilmirəm nəyə görə çağırılar. Ola bilər qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı olsun. İstənilən halda hara çağırsalar gedəcəm. Çünki hansısa bir cinayətin iştirakçısı olmadığıma əminəm”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə