Azadlıq Radiosunun TürkSatda yayımı dayandırıldı
Azadlıq Radiosunun TürkSatda yayımı dayandırıldı
15 Avqust 2016 / 15:03 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Kanal V” Azadlıq Radiosunun proqram yayımını dayandırdı. Kanal göndərdiyi rəsmi məktubda “Azadliq A-LIVE ” proqramının yayımdan çıxarılması səbəbini açıqlamayıb. Avqustun 8-dən AzadliqRadiosunun TürkSat Peykində “Kanal V”də həftəiçi hər gün axşam saat 8-də efirə gedən gündəlik “Azadliq A-LIVE ” proqramı yayımdan çıxarılıb. Bu haqda AzadlıqRadiosu məlumat yayıb.

Kanal göndərdiyi rəsmi məktubda bu addımının səbəbini açıqlamayıb.

Radio Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendum ərəfəsində, ictimaiyyətin müstəqil xəbər almaq haqqını təmin etmək üçün TV və Radio formatlarında verilişlərini davam etdirəcəyini açıqlayıb. “Azadliq A-LIVE” televiziya proqramını hər gün eyni vaxtda – Bakı vaxtıyla axşam saat 8-də AzadlıqRadiosu-nun “facebook” səhifəsində, “youtube” kanalında, “azadliq.org” internet ünvanında və SMART TV-lərdə RFE/RL APP vasitəsilə izləmək mümkün olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə