Türkiyədə güclü zəlzələ - məktəblər bağlandı - Video

Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə “TRT haber” məlumat yayıb. Zəlzələnin 5,99 kilometr dərinlikdə baş verdiyi bildirilib. Qeyd edilib ki, zəlzələ bir çox əyalətlərdə hiss olunub.

***

Sulusaray Bələdiyyə Başçısı Davud Kılıç açıqlamasında bildirib ki, Buğdağlı kəndində bəzi evlər uçub. 

Yozqatda isə iki mərtəbəli evə ziyan dəyib. 

Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb.