Rəisinin qəzaya düşdüyü yerdən YENİ VİDEO

İran prezidenti Rəisini aparan helikopterin qəzaya düşdüyü yerdən yeni görüntülər yayılıb. 

Bizixmeber.az bildirir ki, görüntülərdən belə məlum olur ki, helokopterdə olan şəxslərin əksəriyyəti yanıb.

Ətrafda bir neçə yanmış meyit var. Həmin görüntüləri təqdim edirik.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin göyərtəsində olduğu helikopter mayın 19-da ölkə ərazisində qəzaya düşüb.

Qəza nəticəsində helikopterdəkilərin hamısı həlak olub.