Qəza ilə bağlı daha bir müəmma - "Abdullahian o helikopterdə olmalı deyildi..".

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin digər sərnişinləri başqa bir təyyarədə uçmalı idilər.

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə nətbuatı məlumat yayıb. 

Məlumatda deyilir ki,  Abdollahian, Şərqi Azərbaycan vilayətinin valisi Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Əli Haşim son anda helikopterə mindirilib.

Helikopter geotrakerlərlə təchiz edilib və təcrübəli hərbi pilotlar tərəfindən idarə olunub.

Qeyd edəık ki, mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopteri İranın şimal-qərbində Verzeqan bölgəsində qəzaya uğrayıb . Mayın 20-də səhər İranın vitse-prezidenti Möhsün Mənsuri Rəisinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz Cümə İmamı Məhəmməd Əli Ale Haşim də olub, onların hamısı ölüb.