Qərb Belarusu işğal etmək istəyir - Lukaşenko

Qərbin məqsədi Belarusda bir parça ərazini ələ keçirmək və ora qoşun göndərməkdir.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“İnformasiya, iqtisadi müharibə gedir. Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər uğur qazanmışıq. Düşünürəm ki, toqquşmanın qarşısını almaqla biz bu problemi həll edə bilərik”, - Lukaşenko bildirib.