Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto

Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib. 

Bizimxeber.az “Unikal”a istinadən məlumatına görə, Hərbi Hava Qüvvələrinə yeni komandan general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib. Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq İslamzadəyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.