Həkim xəstəxanada intihara cəhd etdi - Qayçı ilə özünü...

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızının qayçı ilə özünü doğrayaraq intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb. Həkim yoldaşlarının intihara mane olduğu və cəhdin qarşısını aldıqları bildirilir. 

Bu barədə Unikal.org-a danışan həkim intihara cəhd etməsini institutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezməsi ilə əlaqələndirib. İddiasına görə, ötən həftənin cümə günü vaksinasiyaya gedən zaman işdə olmadığı müddətdə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs şöbə müdiri Nuriyyə Səlimova olsa da, günahı onun üzərinə atıblar.

Artıq bir neçə ildir A. Əsədli ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru və şöbə müdiri arasında narazılıq var. Hətta tərəflər bir-birini məhkəməyə də veriblər.