Gürcüstanın 2030-cu ildə Aİ-yə üzv olacaq

Gürcüstanın keçmiş baş naziri, hakim "Gürcü arzusu” partiyasının təsisçisi, ölkənin ən varlı adamı hesab edilən Bidzina İvanişvili hökumətin Qərb və vətəndaş cəmiyyəti tərəfindən tənqid edilən "xarici agentlər” haqqında qanun qəbul etmək istəyi fonunda Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzv olacağını bildirib. 

"European Pravda" xəbər verir ki, o, bu barədə Gürcüstan parlamenti qarşısında keçirilən mitinqdə bildirib.

O, "bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, Gürcüstanın iqtisadiyyatını gücləndirəcək və 2030-cu ildə Avropa İttifaqına üzv olacağına” söz verib.

Onun sözlərinə görə, gürcü xalqı özünəməxsus tarixə, adət-ənənələrə və özünəməxsusluğuna malik unikal xalqdır.

"Məhz bu unikal milli ənənələr və identiklik sayəsində biz ümumi Avropa ailəsinə qoşulmalıyıq, çünki yalnız belə hallarda Aİ Gürcüstan üçün, Gürcüstan isə Aİ üçün real dəyərə malik ola bilər”, - İvanişvili bildirib.

Ətraflı
Ad - 00:44
Hakimiyyətdə olan partiyanın qurucusu əlavə edib ki, Aİ-nin üzvü olan azad, müstəqil və suveren, vahid Gürcüstan "hamımızın birlikdə həyata keçirəcəyimiz gürcü arzumuzdur”.

Bir gün əvvəl, aprelin 29-da axşam saatlarında Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında hakim "Gürcü Arzusu” partiyasının Qərb və vətəndaş cəmiyyəti tərəfindən tənqid edilən "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə dəstək nümayişi keçirilib.

Bazar ertəsi səhər Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi 10 saatlıq iclasdan sonra "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini  ikinci oxunuşda dəstəkləyib. Sənədin çərşənbə axşamı, aprelin 30-da parlamentin plenar iclasına təqdim ediləcəyi gözlənilir.

Bazar ertəsi Aİ  Gürcüstana bir daha xəbərdarlıq edib ki, "xarici agentlər” haqqında qanunun qəbulu onun Avropa İttifaqına inteqrasiyası prosesinə təsir edəcək.

Gürcü diplomatları daha əvvəl bəyanat yayaraq bildiriblər ki, hakim "Gürcü arzusu” partiyasının qərarları Gürcüstanın xarici siyasət kursunu 180 dərəcə dəyişib və gürcü xalqını Aİ-dən uzaqlaşdırır .