Duda Polşa ordusuna yeni komandirlər təyin etdi

Polşa prezidenti Anjey Duda Silahlı Qüvvələrin və Ərazi Müdafiə Qüvvələri tərkibində ciddi dətişikliklər edib.

Bizimxeber.az bildirir ki, Polşanın NATO və Aİ-nin hərbi komitələrindəki nümayəndəsinə general rütbəsi verilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsi general-leytenant Marek Sokolovskiyə, Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsinə isə briqada generalı Kşiştof Stançik gətirilib.

Bundan əlavə, Polşa prezidenti Polşanın NATO və Aİ hərbi komitələrindəki hərbi nümayəndəsi Slavomir Voyçexovskiyə Polşa ordusunun generalı rütbəsinə yüksəldilməsi haqqında sertifikat təqdim edib.

Qeyd edək ki, Polşa Rusiyanın gələcək təhdiqlərindən müdafiə olunmaq üçün son illər hərbi kontingentini artırır və güclənir. Bu ölkənin əsas prioritetlərindən birinə çevilib.