Dövlət Departamenti: "ABŞ Ukraynanın qalib gəlməsini planlaşdırır"

ABŞ Dövlət Departamenti Rusiyanın ona qarşı apardığı işğalçılıq müharibəsində Ukraynanın qalib gəlməsini planlaşdırır.

Bizimxeber.az bildirir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın qalib gəlməsini istəyir ki, bu da Rusiyanın müharibəni uduzması deməkdir: "Biz əsaslı şəkildə Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik və bunu açıq şəkildə, o cümlədən təhlükəsizlik üçün milyardlarla dollar yardımı göstərməklə göstərmişik”, - Miller deyib.

O, ABŞ-ın dövlət katibi Antoni Blinkenin Rusiyanın bu müharibəyə başlaması ilə “öz üzərinə götürdüyü” strateji məğlubiyyətdən danışan çıxışını da xatırladıb.

“Düşünürəm ki, bu müharibədə kimin qalibi görmək istədiyimiz və kimin uduzan kimi görmək istədiyimizlə bağlı mövqeyimiz artıq iki ildən çoxdur ki, tam aydındır” deyə Miller yekunlaşdırıb.