Britaniya Putini necə küncə sıxır?- Diplomatik status alınırsa... - Araşdırma

İki gün ömcə Böyük Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bəyan edib ki, Rusiyaya məxsus bir neçə bina diplomatik bina statusundan məhrum edilib.

Bizimxeber.az bildirir ki, binaların toxunulmazlıqdan məhrum edilməsi onları həbs etməyə imkan verəcək.

Belə ki, Böyük Britaniya hökuməti amıqlayıb ki, Rusiyaya məxsus binaların diplomatik statusunun ləğvi Rusiyanın Böyük Britaniya və Avropada iddia edilən bədxah fəaliyyətlərinə qarşı müdafiəni gücləndirmək üçün böyük tədbirlər paketinin bir hissəsidir. 

Həmçinin London Rusiyanın daşınmaz əmlakını diplomatik toxunulmazlıqdan məhrum etməklə yanaşı, səfirlikdəki rus hərbi attaşesini ölkədən çıxaracaq, Rusiyadan olan diplomatların Böyük Britaniyada qalma müddətini məhdudlaşdıracaq.

Böyük Britaniya hökuməti Rusiya diplomatik missiyasına qarşı hərəkətini beş Bolqarıstan vətəndaşının Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlanması, həmçinin Rusiyanın kiberhücumları və Rusiyanın Avropada apardığı dezinformasiya kampaniyası ilə əsaslandırır.

Diplomatik statusunu itirəcək binalara Şərqi Susseksdəki Seacocks Heath bağ evi və Londonun şimalındakı Hayqeyt kəndində ticarət və müdafiə bölməsi daxildir.

Bu torpaqlar SSRİ hakimiyyəti illərində,1946-cı ildə Seacox Heath-i torpaqla birlikdə alınıb . Rus diplomatlar bu ərazidən həftəsonu qaçış, istirahət zamanı istifadə edirlər. Daca ərazisində tennis kortu və futbol meydançası var.

Diplomatik statusun götürülməsi Britaniya hakimiyyətinə öz daxili qanunvericilikləri çərçivəsində binalarla bağlı tədbirlər həyata keçirməyə imkan verəcək. “Diplomatik toxunulmazlıq qəbul edən dövlətin yurisdiksiyasından qoruyur. Əgər toxunulmazlıq yoxdursa, deməli, binalarla aksiyaların keçirilməsinə qadağa da yoxdur.

Britaniya hakimiyyəti Rusiyanın daşınmaz əmlakını diplomatik statusdan məhrum etdikdən sonra orada axtarışlar aparmaq və ya orada kimisə həbs etmək hüququna malik olacaq.

Diplomatik statusdan məhrumetmə 2016-cı ildə ABŞ-da Rusiya diplomatik daçalarının həbsindən əvvəl baş verib. Sonra Amerika hakimiyyəti Rusiya səfirliyinin və konsulluq şöbələrinin əməkdaşlarını Nyu-York yaxınlığındakı Lonq-Aylenddəki Killeonworth mülkünə və Merilenddəki malikanəyə girişdən məhrum etdi. Rusiya hakimiyyəti bu binaların geri qaytarılmasına heç vaxt nail ola bilməyib .

ABŞ-da diplomatik daçaların həbsindən əvvəl prezident Barak Obama administrasiyasının Rusiyaya qarşı 2016-cı ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrinə təsir etmək məqsədi daşıyan haker hücumları ilə bağlı ittihamlar səsləndirilib. Daşınmaz əmlakın müsadirəsi ilə yanaşı, ABŞ hakimiyyəti 35 rus diplomatını ölkədən çıxarıb.

Fevral ayında London Ali Məhkəməsi keçmiş Yukos səhmdarlarının iddiası əsasında arbitraj qərarının icrası çərçivəsində nüfuzlu Kensinqton ərazisində Rusiyaya məxsus torpaq sahəsinə həbs qoyub . 2014-cü ildə Haaqa məhkəməsi Rusiyanı şirkətə mülkiyyət hüquqlarından qeyri-qanuni məhrum etdiyinə görə onlara 50 milyard dollar ödəməyə məcbur edib. Rusiya hakimiyyəti pul ödəməkdən imtina edib.

Ədil Hüseynli