AP -dan Gürcüstana xəbərdarlıq - Avroatlantik inteqrasiyasını təhlükə altına düşür

Avropa Parlamenti Gürcüstana xəbərdarlıq edib.

Bizimxeber.az bildirir ki, AP Gürcüstanda birinci oxunuşda qəbul edilən “xarici agentlər” haqqında qanunun müstəqil KİV və vətəndaş cəmiyyətinə hücum olduğunu və ölkənin Avroatlantik inteqrasiyasını təhlükə altına atdığını qeyd edib.

Deputatlar Gürcüstanın hakim partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirməsindən narahatdırlar. 

"Parlamentdə birinci oxunuşdan keçən bu qanun müstəqil mediaya və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı hücumdur. Bu, Aİ-nin dəyərlərinə və demokratik prinsiplərinə uyğun gəlmir. Bu, Gürcüstanın Aİ-yə üzvlük ambisiyalarına ziddir və bu qanunu təhlükə altına qoyur".

Onlar Gürcüstan hökumətini və parlamentini gürcü xalqının əksəriyyətinin istəklərini puça çıxarmamağa və vətəndaş cəmiyyəti təşkilatları üçün əlverişli iş mühitinin təmin edilməsi üçün milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə çağırıblar.

"Dinc etiraz hüququ fundamental hüquqdur və ona ciddi şəkildə riayət edilməlidir. Dinc nümayişçilərə qarşı hər hansı ayrı-seçkilik olmadan güc tətbiqinə haqq qazandırmaq olmaz. Biz Gürcüstan rəhbərliyiniin diqqətinə çatdırırıq ki, söz və sərbəst toplaşma azadlığının qorunması və zorakılığın hər hansı eskalasiyasına yol verilməməlidir”, - bəyanatda deyilir.

Bu arada Gürcüstan prezidenti Salome Zurabişvili qalmaqallı qanuna veto qoyacağını deyib, lakin etiraf edib ki, çox güman ki, parlament onu ləğv edəcək.