“Azərsun” prezidentindən ultimatum: “Qiyməti qaldıracam”
“Azərsun” prezidentindən ultimatum: “Qiyməti qaldıracam”
07 Oktyabr 2016 / 17:17 / Baxış sayı: 234
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu gün Azərbaycan Sahibkarları Konfederasiyası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirib. Tədbirdə ən yaddan qalan çıxış “Azersun” holdingin rəhbəri Abdulavarı Gözəlin ultimatumu olub.
Mətbuatda onların əleyhinə qiymət artımı ilə bağlı dərc olunan yazılara münasibət bildirən A.Gözəl net danışıb: “Elə məhsullar var ki, onlar yüz faiz yerli istehsaldır, lakin qablaşdırılması xaricdən gətirilir. Ona görə qiymət artımı olanda, bunlara nisbətən az təsir edir.
Lakin elə məhsullar var ki, məhsul xaricdən gətirilir, lakin emal burada olur. Həmin məhsullarda artım qaçınılmazdır. Məsələn dolların qiymətində 100 faiz artım olsa da, bizdə artım 40 faiz olub. Təbii ki, zərərə işləsək qiymətə əl atacam. Başqa çıxış yolum yoxdur. İllər əvvəl Heydər Əliyev bu sahəni mənə etimad etdi. Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim. Azərbaycanda bu işi qurmağı daha məqsədəuyğun hesab etdim”.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə