“AzəriKard”müştərilərin pulunu necə yeyir? – ŞİKAYƏT
“AzəriKard”müştərilərin pulunu necə yeyir? – ŞİKAYƏT
24 Noyabr 2016 / 8:09 / Baxış sayı: 1724
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda bankların və elektorn ödəmə şirkətlərinin vətəndaşları aldatması artıq adi hala çevirilib. “Hər gün yenilənirik, inkişaf edirik” kimi reklam çarxları qulaqlarımızı mozol etsə də reallıqlar tamam fərqlidir. Aldanışlar və nəticədə vətəndaşın uduzması, bu şirkətlərin qazanmasının şahidi oluruq. 

İnsanların çibinə girən daha bir şirkət isə “AzəriKard” Prossesinq şirkətidir.

Öncə onu qeyd edək ki, şirkət rəhbərliyi və müştəri xidmıətləri ilə əlaqə saxlamaq çəhdlərimiz boşa çıxdı. 2 gün ərzində bu şirkətlə əlaqə saxlaya bilmədik. Şirkətin (012) 598 43 76, (012) 598 46 97, *2273/ *CARD nömrələri insanların əsəblərini korlamaqdan başqa bir işə yaramır. Saatlarla müştəri xidməti ilə əlaqə saxlamaq mümkün deyil.

Qaldı ki, şirkətin aldanışlarına bu artıq başqa məsələdir. Belə ki, redaksiyaya müraciət edən vətəndaşlar dəfələrlə “AzəriKard” online ödəmə zamanı problemlərlə qarşılaşdıqlarını bildirirlər. şıblar. Ödəniş kartdan çıxılsa da, təyinatı ünvana çatmır.

Məsələn, hər hansısa provayderdən kontur yukləmək üçün “AzəriKard”-ın online ödəmə sistemindən istifadə edərkən kartdan pul dərhal çıxılır. Amma kontur yüklənmir. Mobil provayderlər isə bildirir ki, ödəniş edilməyib. İşin ən pis tərəfi odur ki, problemi araşdırmaq üçün “AzəriKard” müştəri xidməti ilə əlaqə saxlamaq mümkün deyil. Daha bir məqam isə pulun ortada itib batmasıdır. Əgər ödəniş edilməyibsə pul geri niyə qayıtmır? Bu pulları kim yeyir? Bu barədə geniş araşdırma yazı hazırlanır. Bizi izləyin!

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə