Azərbaycanlı tələbəni Ukraynada iranlılar öldürüb-YENİLƏNİB
Azərbaycanlı tələbəni Ukraynada iranlılar öldürüb-YENİLƏNİB
28 Sentyabr 2016 / 14:55 / Baxış sayı: 1150
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev APA-ya bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.

Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib. Qətlin səbəbi hələlik məlum deyil.

M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

*   *   *10:16

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib.

Hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.

Qeyd edək ki, M.Səfərəliyev Ukraynada ali təhsil alırmış. (APA)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə