Azərbaycanlı Olimpiya çempionuna Astanada ev hədiyyə edildi FOTO
Azərbaycanlı Olimpiya çempionuna Astanada ev hədiyyə edildi FOTO
05 Sentyabr 2016 / 17:42 / Baxış sayı: 1016
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rio-2016 Yay Olimpiya Oyunlarında qalib gələn idmançılar Dmitriy Balandin və Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimova Qazaxıstanın paytaxtı Astanada üç otaqlı ev hədiyyə olunub.

“Vesti.kz” xəbər verir ki, Qazaxıstanda Atırau vilayətində təşkil edən mərasimdə vilayəti təmsil edən Nicat Rəhimov və taekvondoçu Jansel Deniz iştirak edib.

Nicat Rəhimov çıxışı zamanı qazaxıstanlılara təşəkkür edib: “Mən Qazaxıstan sakinlərinin dəstəyini hiss edirdim. Böyük məsafənin olmasına baxmayaraq, mən bunu hiss edirdim. Bütün ölkənin mənə azarkeşlik etdiyini bilirdim. Bu, mənə kömək etdi. Hamınıza təşəkkür edirəm. Mənim üçün bizim göy bayrağımızla çıxış etmək və onu Olimpiya oyunlarında qaldırmaq böyük şərəf idi. Mən çox şadam”.

Xatırladaq ki, Azərbaycan yığmasından imtina edən Nicat Rəhimov Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına ilk qızıl medalı qazandırıb.

23 yaşlı ağırlıqqaldıran Nicat Rəhimov 77 kq. çəki dərəcəsində ən güclü olub.

Belə ki, Nicat birdən qaldırmada 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Sabiq idmançımızın təkanla qaldırmada öhdəsindən gəldiyi ağırlıq onu dünya rekordçusu edib. Rəhimov dünya rekorduna imza atmaqla Qazaxıstanın “Rio-2016″da ilk qızıl medalını təmin edib.(azvision.az)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə