Azərbaycanlı muğam ifaçısı Avropaya yollanır
Azərbaycanlı muğam ifaçısı Avropaya yollanır
01 Avqust 2016 / 10:30 / Baxış sayı: 724
Font1 Font2 Font3 Font4
Bizimxeber

PrimeTime.Az xəbər verir ki, azərbaycanlı muğam ifaçısı Xanım Sadıqova ölkəmizi beynəlxalq musiqi festivalında təmsil edəcək. 4-14 avqust tarixlərində Makedoniyanın Struqa şəhərində Ezerski Biser İnternational Music Festival gerçəkləşdirilir. Bu il ölkəmiz ilk dəfə olaraq bu beynəlxalq festivalda təmsil olunacaq. Folklor musiqisi bölümündə müsabiqədə iştirak edəcək Xanım Sadıqova avropa səhnəsində “Qarabağ” mahnısını səsləndirmək niyyətindədir. Müğənni festivala təşkilatçıların dəvəti ilə qatılıb.  “Mənim üçün ölkəmizi , milli mədəni sərvətimiz olan muğamımızı təbliğ etmək böyük fəxarət və məsuliyətdir. Azərbaycan musiqisini adını birdə zirvələrə qaldırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyə Xanım əməkdaşımıza bildirib. Məlumat üçün qeyd edək ki o xalq artistləri Ağaxan Abdullayev və Səkinə İsmayılovanın tələbəsi keçmiş Muğam Teatrının solistidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə