Azərbaycanlı müğənninin iddiası: “Səndən sonra” – VİDEO – FOTO
Azərbaycanlı müğənninin iddiası: “Səndən sonra” – VİDEO – FOTO
05 Sentyabr 2016 / 10:21 / Baxış sayı: 818
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Mən gözlərimi yumub səninlə oyanmaq istəyirəm yenə… Mən hər şeyi unudub, sənə sarılmaq istəyirəm.”

Bizimxeber.az saytının əldə etdiyi məlumata görə,bu, müğənni Səbinə Əskərovanın ifa etdiyi “Səndən sonra” adlı yeni mahnının sözləridir. Bir neçə gündür ki, həm radio dalğalarında, həm də sosial şəbəkərlərdə yayımlanan mahnıya maraq getdikcə artmaqdadır.

Müğənni mətbuata açıqlamasında iddialı şəkildə bildirib ki, mahnı dinləyicilərin ürəyincə olacaq və sevilən mahnılar sırasında yer alacaq.

“Mahnı ilk dəfə hazır olanda, elə də bəyənməmişdim. Amma mahnı tam hazır olandan sonra mahnını sevdim. Mahnı mənim üçün doğmalaşdı.”, – S.Əskərova deyib.

Qeyd edək ki, “Səndən sonra” mahnısıının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. Mahnının aranjeman müəllifi Samir Sultanovdur.

Bizimxeber.az

sabina-asgerova-senden-sonra (2)

sabina-asgerova-senden-sonra (1)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə