Azərbaycanlı müğənni üç avtomobilini birdən satdı
Azərbaycanlı müğənni üç avtomobilini birdən satdı
23 Sentyabr 2016 / 13:43 / Baxış sayı: 944
Font1 Font2 Font3 Font4
Bizimxeber

Populyar müğənni Elariz Məmmədoğlu hazırda maşınsızdır. Bu günədək üç avtomobili olan Elariz hansı səbəbdən maşınları ilə vidalaşıb?

Bu barədə açıqlama verən Elariz  borcları olduğunu və borclu qalmağı sevmədiyinə görə bu addımı atdığını deyib:

“20 min dollar borcum var idi və buna görə çox sıxılırdım, çünki borclu qalmağı xoşlamıram. Maşınlarım da artıq köhnəlmişdi, fikirləşdim ki, satım borcumu da verim, onlardan da qurtulum. Düzdü, bəzi həmkarlarım kimi velosipedə keçmək fikrim yoxdu, ondansa nə qədər ki, qocalmamışam, piyada gəzməyə üstünlük verirəm. Bir də ki, maşınla da, maşınsız da mən elə Elarizəm və həyatda özümə görə hörmət qazanmışam, avtomobilimə görə yox!”  (Atv.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə