“Rövşən Lənkəranski” İstanbulda güllələndi – Vəziyyəti ağırdır…
“Rövşən Lənkəranski” İstanbulda güllələndi – Vəziyyəti ağırdır…
18 Avqust 2016 / 11:25 / Baxış sayı: 284
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır. “Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır. Yaxınları onun yanına yollanıb.

Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.

İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb. Polis cinayətkarların axtarışına başlayıb.

***
10:40
Avqustun 18-nə gecə İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyevin “Range Rover” markalı avtomobili killerlər tərəfindən gülləbaran edilib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nəticədə iş adamı ağır yaralanıb, sürücüsü isə hadisə yerində ölüb.

Xəbərə görə Rövşən Əliyevin 90 ND 011 dövlət nömrə nişanlı “Range Rover”i İstanbulun Beşiktaş səmtindəki oteldən çıxarkən yaxınlıqda pusqu qurmuş killerlər səsboğucu taxılmış avtomat silahlarla avtomobili güllə yağışına tutub. Hadisə  yerli vaxtla saat 00.30 radələrində Beşiktaş Cihannüma məhəlləsi, Saray küçəsində baş verib. Avtomobil otelin 10 metrliyində pusqu qurmuş killerlər tərəfindən atəşə tutulub, maşına çoxlu sayda güllə dəyib. Killerlər istifadə etdikləri silahları hadisə yerində ataraq piyada qaçıblar. Hadisədən sonra bölgəyə çoxlu sayda polis səfərbər edilib, o cümlədən zirehli polis avtomobili təhlükəsizlik tədbirlərinə cəlb olunub.

Hadisənin baş verdiyi yerin yaxınlığında park edilmiş şübhəli avtomobil polislər tərəfindən araşdırılıb. Sürücü Florance Nightingale xəstəxanasına aparılıb və orada keçinib. Yaralı iş adamı Rövşən Əliyevin isə Şişli Etfal Xəstəxanasına aparıldığı bildirilir. Polis qaçan killerlərin axtarışına başlayıb.

Mənbələr iş adamının Barbaros Bulvarı, Yıldız Küçəsində yerləşən oteldə “toplantıda” iştirak etdiyini bildirir. Ehtimal olunur ki, Rövşən Əliyev öz avtomobili ilə Azərbaycandan bu toplantıya qatılmaq üçün gedib. Hadisənin kriminal “razborka” olduğu ehtimalı var.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə