Azərbaycanlı Gündüz Məmmədov Krımın prokuroru təyin edilib
Azərbaycanlı Gündüz Məmmədov Krımın prokuroru təyin edilib
22 Avqust 2016 / 21:46 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukraynanın baş prokuroru Yuri Lutsenko Gündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb.

Virtualaz.org korrespondent.net portalına istinadən xəbər verir ki, bu barədə UBP-nun məlumatında deyilir. Qeyd edək ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir.

Ukraynanın baş hərbi prokuroru Anatoli Matios avqustun 22-də Məmmədovu prokurorluğun kollektivinə təqdim edib.

Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə