Azərbaycanlı futbolçu Portuqaliya klubuna yararsız hesab edildi
Azərbaycanlı futbolçu Portuqaliya klubuna yararsız hesab edildi
04 Avqust 2016 / 14:50 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanlı futbolçu Elnur Cəfərov Portuqaliyanın “Tondela” klubundan uzaqlaşdırılıb. Daha doğrusu, Elnur yeni mövsümdə baş məşqçi Armandu Petinin başçılıq etdiyi “Tondela”nın əsas komandasında oynamayacaq.

Qaynarinfo.Az Portuqaliyanın desporto.sapo.pt saytına istinadən xəbər verir ki, cari mövsüm üçün yerli federasiyaya təqdim olunan 23 futbolçu arasında Elnurun adına rast gəlinmir. Futbolçumuzdan başqa, Tomaş Jorje və Ruben Silvestre də sifariş ərizəsindən kənarda qalıb.

Elnur Cəfərov yoxlama oyunlarında göstərdiyi performansa görə yararsız hesab edilib. O, Fransa doğumlu portuqal məşqçinin diqqətini çəkə bilməyib. Digər 2 oyunçuya isə özlərinə klub tapmaları bildirilib. Bu barədə “Tondela”nın kommunikasiyalar üzrə direktoru Viktor Ramos deyib.

Qeyd edək ki, Elnur Cəfərov bu yay “Tondela” klubuna keçmiş və 1 illik müqavilə bağlamışdı.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə