Azərbaycanla viza ləğv olunur – İran XİN
Azərbaycanla viza ləğv olunur – İran XİN
07 Noyabr 2016 / 17:11 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. 

B. Qasımi bildirib ki, İran mümkün olduğu qədər digər ölkələrlə viza rejimini ləğv etməyə çalışır: “Bu, bizim ümumi siyasətimizdir və bu məsələni digər ölkələrlə müzakirə edirik. Həmin ölkələrdən biri də Azərbaycandır. Danışıqlar aparılıb və qərara alınıb ki, viza rejiminin ləğvi prosesi mərhələli şəkildə aparılsın”.

Suriyada baş verən proseslərə toxunan mətbuat katibi qeyd edib ki, İran Suriya hökumətinin istəyi əsasında orada iştirak edir: “Bu hökuməti xalq və parlament seçib və onlar qanuni hökumətdir. Bəzi qüvvələrin istədikləri vaxt hansısa qanuni hökuməti devirməyə cəhd etməsi qəbulolunmazdır. İkinci məsələ terrorizmlə mübarizə məsələsidir. Suriya əgər terroristlərin çənginə düşərsə, vəziyyət daha da pisləşə bilər. İndi bütün tərəflər bu qənaətdədir ki, Suriyanın qanuni hökumətinin alternativi yoxdur”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə