Azərbaycanın ən böyük diaspor təşkilatı ofisindən çıxarıldı
Azərbaycanın ən böyük diaspor təşkilatı ofisindən çıxarıldı
08 Noyabr 2016 / 13:50 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın Rusiyadakı ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yerləşdiyi ofisindən çıxarılıb. Bu barədə lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub.

Mənbənin dediyinə görə, ÜAK hazırda Rusiya paytaxtında yerləşən “Bakı” kinoteatrının 2 kiçik otağına sığınıb: “ÜAK son iki ildə ikinci dəfədir ki, ofisindən qovulur. ÜAK-ın ofisi əvvəl Moskvanın mərkəzində, “Svetnoy Bulvar” metrostansiyası yaxınlığında yerləşirdi. İcarə haqqı vaxtında verilmədiyindən Konqresi ofisindən çıxardılar. Daha sonra Moskvanın “Taqanskaya” metrostansiyası yaxınlığına, Verxnaya Radişevskaya, 5 ünvanını köçdülər. Burada isə 6 milyon rubldan (təxminən 95 min dollar) çox borc yarandı.

ÜAK-ın ofisinin yerləşdiyi binanın sahibi hələ 1 ay əvvəl onlara ultimatum vermişdi ki, borclar ödənilsin. Amma nəinki ödənildi, əlavə borclar yarandı. Ötən həftə bina sahibi ÜAK-ı qovdu”.

Mənbənin dediyinə görə, ÜAK aparatının işçiləri öz hesablarına məzuniyyətə buraxılıb. Aparatın bir neçə işçisi isə “Bakı” kinoteatrının yarıqaranlıq otaqlarına sığınıblar.

Saytın əməkdaşı məsələ ilə bağlı ÜAK-ın icraçı direktoru İlqar Hacıyevlə əlaqə saxlayıb. Direktor həqiqətən də ÜAK-ın “Taqanka”dakı binadan çıxarıldığını təsdiqləyib: “Bəzi problemlər oldu. Buna görə, oranı tərk etdik. Hazırda müvəqqəti olaraq “Bakı” kinoteatrına sığınmışıq”.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ÜAK-ın problemindən və baş verənlərdən xəbərdardırlar: “Məsələ tərəfimizdən araşdırılır, ümid edirik ki, problem öz həllini tapacaq”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə