Azərbaycanı “İsgəndər”lərdən hansı raketlər qoruyacaq
Azərbaycanı “İsgəndər”lərdən hansı raketlər qoruyacaq
24 Sentyabr 2016 / 14:55 / Baxış sayı: 1340
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan öz ərazisini İsrailin müasir hava hücumundan müdafiə sistemləri ilə etibarlı şəkildə qoruya bilər. Bunu “Haqqin.az” saytına açıqlamasında İsrailin Rusiyadakı eks-səfiri Tsvi Maqen söyləyib. Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemləri ən uzaq məsafədə havadan gələn təhdidləri məhv etməyə qadirdir.

“Buraya “İsgəndər” raketləri, pilotsuz təyyarələr və hətta minaatan mərmilər də aiddir. Hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan öz müdafiəsini müasir İsrail sistemləri ilə təmin edə bilər. Məsələn, “Sehrli çubuq” sistemi ballistik raketləri uzaq məsafədə tapıb, məhv etmək gücündədir. İsrail Azərbaycanın özünə ünvanlanan raketlərdən etibarlı müdafiə axtarmaq cəhdini anlayışla qarşılayır. İsrail özü də tez-tez raket zərbələrinə məruz qalır və buna görə də öz raketdən müdafiə sistemlərini təkmilləşdirməyə məcburdur”.

Xatırladaq ki, Ermənistanın formal müstəqilliyinin 25 illiyi ilə bağlı İrəvanda keçirilən hərbi paradda “İsgəndər” raket kompleksi nümayiş olunub. Bu raketlərin Ermənistandakı Rusiya hərbi bazasına məxsus olması barədə ciddi şübhələr var.

Azərbaycan XİN bu addımı təxribat adlandırıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə