Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı
Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı
05 Avqust 2016 / 19:52 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Türkiyəyə ən iri sərmayə yatıran əsas ölkələrdən biridir. Türkiyəli iş adamlarının isə Azərbaycanda 1685 şirkəti fəaliyyət göstərir.

Azərtac xəbər verir ki, bu barədə avqustun 5-də Türkiyə-Azərbaycan iqtisadi əlaqələri ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat məlumat verib.

Mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, Azərbaycan Türkiyə üçün mühüm tərəfdaş ölkədir. Türkiyəli iş adamları Azərbaycana yeni sərmayə yatırımları imkanlarını nəzərdən keçirir. Bu ilin mart ayında Azərbaycanda özəlləşdirmə prosesinin yeni mərhələsinə başlanmasını türkiyəli iş adamları diqqətlə izləyir.

Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycanın iş adamları üçüncü ölkələrə birgə sərmayə qoyulması imkanlarını da nəzərdən keçirir. Bununla əlaqədar Türkiyədən gələn nümayəndə heyəti artıq Azərbaycanda hökumət nümayəndələri ilə bir sıra önəmli görüşlər keçirib və zəruri məsələləri müzakirə ediblər. Bu ilin sonunda da Azərbaycanda aparılan islahatların müzakirə edilməsi nəzərdə tutulub.

Türkiyə-Azərbaycan Biznes Şurasının sədri S.Akat Vergilər Nazirliyindən aldıqları məlumata əsasən türkiyəli iş adamlarının Azərbaycanda 1685 şirkətinin fəaliyyət göstərdiyini deyib. Bu şirkətlər inşaat, logistika, turizm və başqa sahələrdə çalışırlar.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) koordinatoru Adəm Urfa isə Türkiyənin Azərbaycanda 750-dən çox iqtisadi layihə həyata keçirdiyini söyləyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə