“Azərbaycandakı FETÖ tərəfdarlarının hamısı üzə çıxarılacaq”
“Azərbaycandakı FETÖ tərəfdarlarının hamısı üzə çıxarılacaq”
21 Avqust 2016 / 10:33 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycandakı FETÖ tərəfdarlarının hamısı üzə çıxarılacaq.

Trend-in məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Prezident Administrasiyasının rəsmisi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələrə toxunub. O bildirib ki, “FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və FETÖ-çülərin buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq.

N.Məmmədov deyib: “Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan təhqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə