Azərbaycanda yollarda işıqların söndürülməsinin səbəbi nədir? – RƏSMİ
Azərbaycanda yollarda işıqların söndürülməsinin səbəbi nədir? – RƏSMİ
26 Avqust 2016 / 17:21 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4
Bizimxeber

Son günlərdə əksərən gecə saatlarında Bakının, eləcə də bölgələrə gedən bir çox magistral yolların işıqları söndürülür. Zülmətə boyanan bu yollarda isə sürücülərin hərəkət təhlükəsizliyi çətinə düşür. Bəs işıqların söndürülməsinə səbəb nədir?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov faktı təsdiqləyərək bildirib ki, yol polisi əməkdaşları da yollardakı işıqların yanmaması ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

DYP rəsmisinin sözlərinə görə, gecələr yollarda işıqların söndürülməsi enerjiyə qənəat edilməsi ilə məqsədilə həyata keçirilir. V.Əsədov bildirib ki, hər bir saatdan bir ayrı-ayrı küçələrdə işıqlar söndürülür”.

V.Əsədov qaranlıq yollarda avtomobil idarə edən sürücülərə də müraciət edərək  deyib ki, qaranlıq sahələrdə uzaq vuran işıqlardan, yaxın işıqlardan düzgün istifadə edilməlidir: “Peşəkar sürücülər avtomobil idarəetmə qabiliyyətlərini ortaya qoyub, işıqlanma olmayan küçələrdə qəza hadisəsindən yayına bilərlər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə