Azərbaycanda yeni medal təsis edilir
Azərbaycanda yeni medal təsis edilir
04 Oktyabr 2016 / 15:54 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün yeni medal təsis edilir.

Milli Məclisdən verilən məlumata görə, bu, “Şücaətə görə” medalıdır.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilir.

“Şücaətə görə” medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə