Azərbaycanda şiddətli istilər davam edəcək
Azərbaycanda şiddətli istilər davam edəcək
11 Avqust 2016 / 12:56 / Baxış sayı: 744
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi arabir güclənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə