Azərbaycanda nə qədər diabet xəstəsi var? – Say açıqlandı
Azərbaycanda nə qədər diabet xəstəsi var? – Say açıqlandı
11 Noyabr 2016 / 12:34 / Baxış sayı: 744
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial–tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2040-cı ilədək diabetdən əziyyət çəkənlərin sayı 642 milyona çata bilər. Azərbaycanda isə 212 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə noyabrın 11-də Səhiyyə Nazirliyinin təşəbbüsü ilə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Dünya Diabet Gününə həsr olunmuş konfransda məlumat verilib.

Tədbirdə məlumat verilib ki , insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir.

BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib. Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür. Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə