Azərbaycanda KİV-ə hərbi senzura tətbiq olunacaq
Azərbaycanda KİV-ə hərbi senzura tətbiq olunacaq
10 Noyabr 2016 / 13:57 / Baxış sayı: 274
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda ehtiyac yarandıqda hərbi senzuranın tətbiq edilməsi təklif edilib və hərbi senzuranın nədən ibarət olması açıqlanıb. Milli MəclisdənPA-ya verilən məlumata görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanunun 1.0.3 maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura – kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə