Azərbaycanda həkim səhvi: Daha bir 12 yaşlı qız şikəst qaldı – VİDEO
Azərbaycanda həkim səhvi: Daha bir 12 yaşlı qız şikəst qaldı – VİDEO
11 Noyabr 2016 / 13:32 / Baxış sayı: 1128
Font1 Font2 Font3 Font4
Bizimxeber

Biləsuvar sakini Aydan Əzizova bir-neçə aydır ki, ayağında cərrahi əməliyyat aparıldığını və bundan sonra yeriyə bilmədiyini bildirir. Bunun həkim məsuliyytəsizliyi və yaxud da valideyn inadı olduğunu söyləmək çətin olsa da nəticə olduqca ürəkağrıdıcıdır. İndi 12 yaşlı qız həkimlərdən imdad gözləyir.

A24.Az xəbər verir ki, Aydan Əzizova 2004-ci ildə Biləsuvar rayonunun Ağayır kəndində dünyaya göz açıb. O, da digər həmyaşıdları kimi 12 yaşınadək uşaqlığının nəşəsini yaşıyıb. Bağçaya və məktəbə gedib. Ta ki, başına gələn bədbəxt hadisə baş verən günə kimi. Aydan həmin günü xatırlayarkən deyir ki, anasına kömək etmək məqsədi ilə kanala yun yumağa gedib.

Zərərçəkən Aydan Əzizova: “Orada sürüşdüm dəmir kəsdi ayağımı. Yuxarı çıxanda birdən sümüyüm qırıldı, qanda tökülmədi. Anam ayağımı tutub bağladı, apardı xəstəxanaya.”

Zərərçəkənin anası Nahidə Əzizova: “Apardıq Təcili Yardıma onlarda dedilər bizlik deyil. Sonra pardıq Ziyafət həkimin yanına. Ziyafət həkimdə necə tikdisə heç bilmədik.”

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi Ziyafət Bayramov zəruri ehtiyac yarandığından xəstənin daban nahiyyəsindən əməliyyat olunacağını bildirir.

Həkim-cərrah Ziyafət Bayramov: “Məndə xəstəyə baxış keçirmişəm və görmüşəm ki, sağ ayağının axır vətəri distal hissəsində cırılmış yara var. Mən onlara başa salmışam ki, bu iş Travmatoloqiya İnstitutunun işidir və xəstə həmin instituta getməlidir.”

Aydanın atası Ramin Haqverdiyev isə idda edir ki, qızının yeriməməsinin günahkarı həkimlərdir. Çünki, əməliyyat ixtisaslı həkimlər tərəfindən aparılmayıb.

Zərərçəkənin atası Ramin Haqverdiyev: “Heç kim maraqlanmır. Getmişəm xəstəxanaya şəxsən mənim özümə baş həkimin müavini deyib ki, mən səni məhkəməyə verəcəm, məni işimdən gücümdən edirsən.”

Həmin gün isə xəstəxananın həkim-travmatoluqu Firdovsi Abbasov məzuniyyətdə olub.

Həkim-travmatoloq Firdovsi Abbasov: “İşə gələndən sonra dəvət etmişəm ki, bu xəstəyə konsultasiya edək. Xəstə həmən müddət ərzində digər bir həkimdə müalicə alıb.”

Əməliyyatdan sonra Aydanın ayağı gips sarğısı ilə bağlanır. Amma atası əməliyyatın səhv edilməsi ilə yanaşı həkimlərin sarğını vaxtından tez açdığını bildirir. Ona görə də Aydanın ayağında əmələ gələn yaranın bu səbəbdən baş veridiyini iddia edir.

Zərərçəkənin atası Ramin Haqverdiyev: “Gipsi tez açıblar yara partlayıb. Bayramov Ziyafət özü açıb gipsi.”

Həkimlər isə deyilənlərlə razılaşmayıb, gips sarğının atanın təkidi ilə açıldığını deyirlər.

Həkim-cərrah Ziyafət Bayramov: “Xəstəyə deyilib ki, ən azından bir ay yarım xəstə gips langetində qalmalıdır. Lakin xəstənin valideyni təkib edib ki, ənim uşağımın gipsin açmalısız.”

İndi yataq xəstəsi olan Aydan yeriyə bilmədiyi üçün məktəbə gedə bilmir. Getsəydi oda həmyaşıdları kimi 6-cı sinifdə oxuyacaqdı. İndi ailənin yeganə ümidi Aydanın ayağının yenidən əməliyyat olunmasıdır. Amma Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəyə görə xəstədə qranulyasiyon yara olduğu üçün cərrahi əməliyyat yaranın sağalmasından sonra mümkün ola bilər. Bildirək ki, hazırdı sözügedən məsələ Səhiyyə Nazirliyi tərəfindən araşdırılır. Amma bu məsələnin qanuni tərəfi olsa da ürək sızladan məqam sağlamlığını itirən 12 yaşlı qızcığazın həyatının ən şirin anlarını dostlarının əhatəsindən kənarda yataqda keçirməsidir.ARB TV

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə