Zəlzələdən ziyan çəkən evlərə baxış keçirilir
Zəlzələdən ziyan çəkən evlərə baxış keçirilir
01 Avqust 2016 / 12:10 / Baxış sayı: 878
Font1 Font2 Font3 Font4
Bizimxeber

İmişli rayonunda baş verən zəlzələdən ziyan çəkən evlərin siyahısı dəqiqləşdirilir.

İmişli Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına verilən məlumata görə, hadisə nəticəsində əsasən köhnə yaşayış evlərində çatlar yaranıb: “İcra hakimiyyətinin memarlıq şöbəsi ziyan çəkmiş evlərin siyahısını hazırlayır. Artıq 10-dan çox evə baxış keçirilib. Bir neçə ictimai iaşə mərkəzinin binası da ziyan çəkib. Lakin hələlik dəqiq say demək çətindir. Çünki müraciətlər davam edir”.

Qurumdan qeyd ediblər ki, siyahı dəqiqləşəndən sonra dəymiş zərərin aradan qaldırılması üçün tədbirlərə başlanılacaq.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi zəif təkanların davam edəcəyini açıqlayıb.

 

*   *   *10:26

Bu gün səhər saatlarında İmişlidə baş vermiş yeraltı təkanlar İran ərazisində də hiss olunub.

İRNN agentliyi məlumat verir ki, İranın Parsabad şəhərində 1 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

***10:02

Bu gün səhər saatlarında Gəncə şəhərində zəlzələ olub.

Bizimxeber.az  “Report”a istinadən xəbər verir ki, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb.
Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib. Zəlzələ ətraf rayonlarda da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.
Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə