Azərbaycanda daha bir neft yatağı aşkar olundu QURUDA
Azərbaycanda daha bir neft yatağı aşkar olundu QURUDA
25 Avqust 2016 / 11:53 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokundan saziş çərçivəsində ilk neft hasil edib.

“Report” şirkətə istinadən xəbər verir ki, təxminən gündəlik 300 barel neft hasil olunub.

Qeyd edək ki, Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanda “Zenith Aran Oil Company Ltd.” müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı “Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı “Aran Oil” əməliyyat şirkəti aparır.

Bu il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (PSA) imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə