Azərbaycanda beş sığorta şirkəti bağlanacaq – PALATA AÇIQLAMA VERDİ – YENİLƏNİB
Azərbaycanda beş sığorta şirkəti bağlanacaq – PALATA AÇIQLAMA VERDİ – YENİLƏNİB
25 İyul 2016 / 16:48 / Baxış sayı: 670
Font1 Font2 Font3 Font4
Bizimxeber

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların sağlamlaşdırılması ilə yanaşı, sığorta şirkətlərinin də sağlamlaşdırılması prosesinə başlayıb. Bu barədə Bizimxeber.az Fins.az-a istinadən xəbər verir.

Belə ki, Palata beş sığorta şirkətinin -“Bakı Sığorta”, “Alfa Sığorta”, “Rəvan Sığorta”, “Başak İnam” və “Azərqarant Sığorta” şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət edib.

İyul ayının sonuna kimi sığorta şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı qərarın veriləcəyi bildirilir. Adı çəkilən şirkətlərin lisenziyaları ləğv edilsə də, sığorta brokeri və ya agenlik kimi fəaliyyət göstərmə seçimləri olacaq.

Qeyd edək ki, bundan əvvəl iyul ayının 22-də Palata dörd bankın (“Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”) lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

***

Maliyyə Bazarlarına Nəzarət Palatası 5 sığorta şirkətinin bağlanmasına dair Maliyyə Sabitliyi Şurasına müraciət etməsi barədə məlumatı təkzib edir. Palatanın Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov fins.az-a bildirib ki, palata sığorta şirkətlərinin bağlanması üçün heç bir orqana müraciət etməyib. «Bu barədə yayılan məlumat da əsassızdır»-deyə R.Abbasov bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə