Azərbaycanda antiradarlar niyə qadağan edilib?
Azərbaycanda antiradarlar niyə qadağan edilib?
27 Sentyabr 2016 / 23:27 / Baxış sayı: 1462
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avtomobillərdə antiradar və radar detektorlarından istifadə qanunla qadağan olunub.

Sürücülər isə bundan narazıdırlar. Əgər yolda radar olduğunu bildirən nişan qoyulursa, radar detektorlarının istifadəsi niyə qadağandır?

Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib.

Belə ki, sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Qeyd edək ki, Azərbaycanda avtomobillərdə antiradar və radar detektorlarından istifadə edən sürücüləri yüksək məbləğdə cərimə gözləyir.

“Xezerxeber.com” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bizimxeber.az



Azərbaycanda antiradarlar niyə qadağan edilib? yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə