Azərbaycana 350 milyonluq yatırım
Azərbaycana 350 milyonluq yatırım
21 Sentyabr 2016 / 10:56 / Baxış sayı: 322
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Çin və Azərbaycanla birgə “Equity Participation Fund” adlı investisiya fondu yaradıb.

Fonda yatırılan investisiyaların ümumi həcmi 350 mln. avrodur.
 
Qəzet yazır ki, EBRD fondun maliyyələşdirilməsinin birinci mərhələsini bu həftə başa çatdırıb. Çinin Valyuta İdarəsi fonda 250 mln. avro, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) isə 100 mln. avro yatırıb.

Bundan öncə ARDNF-nin yaydığı məlumatda bildirilib ki, fond tərəfindən EBRD-nin idarə etdiyi Səhm İştirak Fonduna 100 mln. avro məbləğində sərmayə yatırılması nəzərdə tutulub. Səhm İştirak Fondu institusional investorlara EBRD-nin Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirib: “Səhm İştirak Fonduna investisiya bizim investiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə  bağlı investisiya strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcəkdir. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaqdır”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə