Azərbaycan yeni yanacaq növü ixrac edəcək
Azərbaycan yeni yanacaq növü ixrac edəcək
04 Avqust 2016 / 17:32 / Baxış sayı: 852
Font1 Font2 Font3 Font4
Bizimxeber

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) yanacağın yeni növünü – tullantı qranulalarını ixrac edəcək. Fins.az-ın məlumatına görə, agentlik “Azərbaycanın regionlarında enerji layihələri üçün zibil” layihəsini təqdim edib. Tullantıların enerjiyə çevrilməsi hələki yalnız Abşeronda baş tutur.

Plan ondan ibarətdir ki, bu faydadan regionlarda da yararlana bilsinlər. Layihə Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Haciqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab şəhərlərindən alınan tullantıların əsasında olacaq.

Seçilmiş tullantılar zibil qranularına transformasiya edəcək. Bu qranulaların bir tonu dünya bazarlarında 120-140 dollara satılır. Layihənin investisiya dəyəri 1,4 mln. dollardır. Maliyyələşdirmə xarici investisiyaların hesabına olacaq. Layihənin reallaşdırılması dörd ilə başa gələcəyi proqnozlaşdırılır. Lakin indi layihənin yalnız ilkin texniki-iqtisadi parametrləri müəyyənləşib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə