Azərbaycan xüsusi təyinatlıları yeni hücuma hazırlaşır
Azərbaycan xüsusi təyinatlıları yeni hücuma hazırlaşır
11 Avqust 2016 / 17:13 / Baxış sayı: 1740
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub. Təlim sahəsinə gələn Müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsəsən aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb.

Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər.

Şəxsi heyətlə görüşən Müdafiə naziri xüsusi təyinatlıların, o cümlədən ümumilikdə bütün Silahlı Qüvvələrin döyüş qabiliyyətini, təcrübəsini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, aprel ayındakı dörd günlük müharibə zamanı düşmənin müdafiə xəttinin yarılmasında xüsusi təyinatlı qüvvələrimizin mühüm rolu olub. Xüsusi təyinatlılar ermənilərin uzun illərdir möhkəmləndirilmiş mövqelərinə qəfil həmlə ediblər və onları ağır itkilərə məruz qoyublar. Bu döyüşlərdə misilsiz qhrəmanlıqlar göstərən xüsusi təyinatlılarımız şəhidlər də veriblər. Allah onlara rəhmət eləsin!

 



Azərbaycan xüsusi təyinatlıları yeni hücuma hazırlaşır yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə