Azərbaycan və Rusiya hərbi əməkdaşlıq edəcək
Azərbaycan və Rusiya hərbi əməkdaşlıq edəcək
30 Noyabr 2016 / 16:22 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4
Bizimxeber

Noyabrın 30-da Moskva şəhərində keçirilən MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Şoyqu bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə fəaliyyət göstərirlər. O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd deyib.
Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə