Azərbaycan Ukraynaya təyyarə sifariş etdi
Azərbaycan Ukraynaya təyyarə sifariş etdi
27 Avqust 2016 / 10:24 / Baxış sayı: 628
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukraynanın “Antonov” dövlət müəssisəsi Azərbaycan aviaşirkəti ilə müqavilə çərçivəsində bu modeldən olan on ədəd “An-178” təyyarəsinin istehsalı üzrə işlərə başlayıb. 

Bizimxeber.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Slovo i Delo” Ukrayna portalına istinadla xəbər verir.

“Antonov” dövlət müəssisəsinin prezidenti Aleksandr Kotsyuba qeyd edib ki, “An-178”-in sertifikatlaşdırma sınaqlarının keçirilməsi şirkət üçün əsas prioritetlərdən biridir.

Şirkət prezidenti deyib: “Biz təyyarələri CS-25 Avropa normalarının tələblərinə uyğun sınayırıq”. Hazırda “An-178” ümumilikdə müddəti 160 saatdan çox olmaqla, təxminən 100 uçuş yerinə yetirib.

Müəssisənin mətbuat xidmətinin məlumatına görə, bu gün təyyarə uçuş sınaqlarını davam etdirməyə hazırdır. Həmçinin altlıqlar və konteynerlərdə malları yükləmə və boşaltmanı həyata keçirmək planlaşdırılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə