Azərbaycan “Rio-2016″da 9-cu medalı qazandı
Azərbaycan “Rio-2016″da 9-cu medalı qazandı
15 Sentyabr 2016 / 10:42 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4
Bizimxeber
Azərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub. Bu, ölkəmizin sözügedən turnirdə qazandığı 9-cu medal olub.
Digər üzgüçümüz Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.
Qeyd edək ki, bir gün əvvəl Roman Saley 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında gümüş medala sahib olub.
Əlavə edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.

 

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə