Azərbaycan ordusu şəhid verdi
Azərbaycan ordusu şəhid verdi
15 Noyabr 2016 / 21:02 / Baxış sayı: 1294
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqil Qismət oğlu Məlikov noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə