Azərbaycan futbolçusu Stiven Siqalı tanımadı və təhqir etdi
Azərbaycan futbolçusu Stiven Siqalı tanımadı və təhqir etdi
09 Oktyabr 2016 / 17:13 / Baxış sayı: 1280
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanov öz “İnstaqram” səhifəsində Bakıda qonaq olan və Norveçlə oyundan əvvəl komandamızın məşqinə baxan məşhur aktyor Stiven Siqalla fotosunu yerləşdirib. 

Qurbanov yazıb ki, Siqal komandamızı dəstəkləməyə gəlib.Sonra Bakı “İnter”inin oyunçu Mirhüseyn Seyidov ona şərh yazıb. 24 yaşlı futbolçu Hollivud ulduzunu tanımayıb və Ruslandan şəkil çəkdirdiyi adamın adını dəqiqləşdirmək istəyib. Amma bunu biabırçı, qeyri-etik formada, məlum və məşhur Azərbaycan söyüşünü tətbiq etməklə edib.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə