Azərbaycan erməni “İsgəndər”lərinə qarşı daha bir silah çıxaracaq
Azərbaycan erməni “İsgəndər”lərinə qarşı daha bir silah çıxaracaq
16 Noyabr 2016 / 22:09 / Baxış sayı: 2188
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukrayna prezidenti Pyotr Poroşenko Facebook-da yerli istehsalatın yeni raketinin müvəffəqiyyətli sınağı haqda yazıb.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna KİV-i xəbər yayıb.

“Nəticə heyrətləndirir: 60 kilometr atışma məsafəsində raket çox yüksək dəqiqlik nümayiş etdirdi”, – deyə Ukrayna lideri qeyd edib.

Poroşenko konkret hansı raket haqqında söhbət getdiyini dəqiqləşdirməyib.

Sınaqlar zamanı onun poliqonda olmuş məsləhətçisi Yuri Biryukov da bu silah haqqında hər hansı informasiya verməyib, amma raketi çox qorxunc və dəqiq adlandırıb.

Bəzi ekspertlərin fikrincə isə, bu gün müvəffəqiyyətli sınağı keçirilən “İldırım-2” operativ-taktiki raket kompleksidir (OTRK).

Avqustda Ukrayna müdafiə sənayesinin ölkə ordusuna Rusiya “İskəndər-M”inin analoqu olan beş “İldırım-2” ballistik raketi verməyə hazır olduğu bildirilirdi. Raketlər Pavloqrad kimyəvi zavodu və Dneprdəki “Cənub” konstruktor bürosu tərəfindən istehsal edilməli idi.

Qeyd edək ki, virtualaz.org vaxtilə rəsmi Bakının “İldırım-2” operativ-taktik raket kompleksinə maraq göstərdiyi barədə yazıb. Bildirib ki, Bakı erməni “İsgəndər”lərinin neytrallaşdırılması üzrə variantlardan biri kimi Ukrayna-Belarus operativ-taktik raket kompleksinin alınmasını nəzərdən keçirir. Belarus ekspertləri isə yazıblar ki, OTRK “İldırım-2″nin ilk alıcılarından biri məhz Azərbaycan olacaq.

Qeyd edək ki, bu kompleksin elan olunmuş hədəfi məhvetmə məsafəsinin uzaqlığı 300 kilometrdir.

“İldırım-2″dən həm böyük məsafələrdə yerüstü raket sistemi hədəflərinin məhv edilməsi, həm də Hava Hücumundan Müdafiə və sahil mühafizəsinin qorunması vasitəsi kimi istifadə oluna bilər.

Bir sözlə, OTRK “İldırım-2” aeroballistik raketi trayektoriya üzrə uça biləcək və müasir Hava Hücumundan Müdafiə sistemləri üçün demək olar ki, əlçatmaz olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə